Xəbər lenti

Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən yıxıldı - YENİLƏNİB
Ölkə07:59 12.07.2014

Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən yıxıldı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 17 yaşlı oğlu Türkiyədə 9 mərtəbəli binadan yıxılıb. 

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə bu yaxınlarda Türkiyədəki otellərdən birində baş verib. Belə ki, icra başçısı Ə.Abıyev oğlunun gözündən müalicə olunması üçün Türkiyəyə aparıb. İcra başçısının oğlu isə Türkiyədə qaldıqları otelin 9-cu mərtəbəsindən yıxılıb, ciddi xəsarət alıb.

***

Mövzu ilə bağlı Qaynar.info-ya danışan Əhəd Abıyev xəbəri təkzib edib. O bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Oğlum Azərbaycandadır. Hazırda Bakıdadır. Belə bir hadisə də olmayıb, yalandır. Necə ola bilər ki, adam 9-cu mərtəbədən yıxılsın, amma sağ qalsın. Xəbərin doğru olmadığı burdan bəllidir".