Xəbər lenti

Şəhid analarının müraciətləri həll olundu (VİDEO)
Ekonomiks13:14 06.09.2022

Şəhid analarının müraciətləri həll olundu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
44 günlük Vətən müharibəsinin şəhidi Şahin Qədirovun anası Sənəm Qədirovanın SOCAR "Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət çox keçmədən həllini tapıb.
Qaynarinfo xəbər verir ki, Tovuz rayonu, Abulbəyli kənd sakini Sənəm Qədirovanın fərdi yaşayış evi qazlaşdırılaraq sayğac quraşdırılıb. Vətən yolunda canından keçən şəhid Elvin Mustafayevin də anasının müraciəti SOCAR "Azəriqaz” İB-nin diqqətindən kənarda qalmayıb.
Şəhid anasının müraciəti əsasında fərdi yaşayış evi qazlaşdırılıb, həmçinin fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilib.