Xəbər lenti

Şəhid atası vəfat etdi (FOTO)
Foto 15:33 09.07.2024

Şəhid atası vəfat etdi (FOTO)

Vətən müharibəsi şəhidi Sadiq Bağırzadənin atası Şahin Bağırov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının Sədri Həbib Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, şəhid atası bu gün xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Sadiq Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub.

Sadiq Bağırzadə 2020-ci il  sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->