
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, əgər müxalifət Qətərdə İsraillə gizli müqavilə bağlanıldığı barədə yaydığı məlumatları sübut edə bilsə, istefa verməyə hazırdır.
Qaynar.info-nun məlumatına görə, Davudoğlu bu barədə "SKY Türk" kanalına verdiyi açıqlamasında deyib.
"Qoy müxalifət Türkiyənin İsraillə Qətərdə gizli müqavilə bağladığını sübut etsin, onda mən istefa verməyə, ümumiyyətlə siyasətdən getməyə hazıram" deyə xarici işlər naziri deyib.
Nazir deyib ki, İsrailin üzr istəməsinə səbəb Türkiyənin apardığı uğurlu diplomatik siyasəti olub.
Qaynar.info