Xəbər lenti

Əhməd Əhmədzadənin qardaşı vəfat etdi
Ölkə06:58 12.04.2013

Əhməd Əhmədzadənin qardaşı vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qax Mərkəzi Rayon Xəstəxanasının baş həkimi iş başında dünyasını dəyişib.
Hadisə dünən baş verib. Xəstəxananın baş həkimi Fərman Əhmədzadə iclasdan çıxarkən vəziyyəti qəfildən pisləşib və ürək tutmasından dünyasını dəyişib. Xəstəxanadan APA-ya bildirilib ki, F. Əhmədzadənin ürəyində əvvəllər də problemlər olub. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.
Qeyd edək ki, F. Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Ə. Əhmədzadənin digər qardaşı Mübariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. 
Qaynar.info