
Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Piast"la 2:2 bərabərə qalmaqla mərhələ adlayan "Qarabağ" klubu artıq rəqibini gözləyir.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsində hazırda davam edən “Qefle” (İsveç) - “Anortosis” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.
Öz meydanında rəqibini 3:0 hesabı ilə məğlub edən Kipr təmsilçisi hazırda səfərdə rəqibinə 0:1 hesabı ilə uduzur.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində ilk oyununu avqustun 1-də evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.
Qol.Az