Xəbər lenti

Əkbər Əlizadə "Space"ə qayıtdı
Sənət09:27 02.05.2014

Əkbər Əlizadə "Space"ə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə Space televiziyasından uzaqlaşan əməkdar artist, aktyor Əkbər Əlizadə yenidən keçmiş iş yerinə qayıdıb. 

Bu barədə AzNews.az-a açıqlama verən aktyor bildirib ki, sabah onun ilk iş günü olacaq:

“Hər şənbə günlər Space televiziyasının efirində qeyd olunan sənətkar ad günlərinin, benefis və yaradıcılıq gecələrinin aparıcısı olacağam. Bu şənbə sevimli aktrisamız, xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdur. Həmin verilişə mayın 3-də, səhər saat 8-dən etibarən baxa bilərsiniz”.

Qaynar.info