Xəbər lenti

Çəkdiyimiz siqaretin içində nələr var?
Ekonomiks07:48 10.05.2013

Çəkdiyimiz siqaretin içində nələr var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Tütün və Alkoqol Bazarını Tənzimləmə Qurumu ilk dəfə siqaretin tərkibindəki maddələri açıqlayıb.

Qurumun internet saytına yerləşdirilən məlumatda istehlakçını məlumatlandırmaq məqsədilə siqaretin tərkibindəki maddələrin açıqlandığı bildirilib.

Məlumata görə, 2012-ci ildə Türkiyədə 6 siqaret istehsalçısı tərəfindən 267 müxtəlif markalı siqaret bazara çıxarılıb. Siqaret hazırlanılmasında 269-u yanmış maddə olmaqla 602 maddədən istifadə edilib. Bu siyahıda sirkə turşusu, asetofenon, bal, benzil spirti, bolqar qızılgül yağı, etil spirti, qliserin, cökə yağı, kakao ekstratı və çubuğu, karamel, mixək yağı, süd turşusu, mentol, biyan kökü tozu, zot, evkaliptol, propilen qlikol, rom, şəkər, vanilin, yasəmən, ulduz cirə yağı kimi maddələr var.

Siqaretin kağızı üçün 25 , kənar əlavə yapışdırıcısı üçün 9, siqaret kağızının üstündəki mürəkkəb üçün 35 yanmış, filtrləmə üçün 39, filtr sarğısı üçün 51, filtr yapışdırıcısı üçün 37, uc kağızı və mürəkkəbi üçün 137 yanmamış maddədən istifadə edilir.

Qaynar.info