Ölkə 22:00 19.12.2022

Şəkidə ağır qəza: 2 azyaşlı öldü

Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb.

Qaynarinfo xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı avtomobildə olan və hələki şəxsiyyəti dəqiqləşməyən iki azyaşlı hadisə yerində ölüb. Daha 6 nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.