Xəbər lenti

Əkrəm Əylisinin xanımının yerinə direktor təyin edildi
Ölkə10:24 26.04.2013

Əkrəm Əylisinin xanımının yerinə direktor təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət əvvəl ölkədə böyük səs-küyə səbəb olan Əkrəm Əylislinin “Daş yuxular” romanına görə yazıçının işdən azad olunan xanımının yerinə təyinat olub.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri Samid Rzayevin Modern.az-a verdiyi məlumata görə, artıq Qalina Aleksandrovanın vəzifələrini Lubov Vasilyevna Aydəmirova icra edir. Lyubov Vasilyevna Aydəmirova Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialına direktor təyin olunub.

Arayış: L. Aydəmirova 1949-cu ildə anadan olub. Moskva Dövlət Mədəniyyət Universitetini bitirib. Bu günə kimi müxtəlif yerlərdə çalışıb.

1975-ci ildən Qurban Abbasov adına Mədəniyyət Sarayında işləyib. 2010-cu ildən əmək veteranı adına layiq görülüb. Orada bədii rəhbər, direktor müavini, direktor vəzifələrində çalışıb. 2013-cü ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 sayı filialına direktor vəzifəsinə təyinat alıb və hazırda həmin kitabxananın direktorudur.

Qaynar.info