
Tanımış yazıçı Əkrəm Əylisli üç ilə qədər azadlıqdan mərhum edilə bilər.
Qaynarinfo.az xəbər verir ki, bu barədə məlumatı yazıçının vəkili Elçin Sadıqov yayıb.

Elçin Sadıqov
Vəkilin sözlərinə görə, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar: "Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi".
Qaynarinfo.az