Xəbər lenti

Əkrəmin romanı Bakıda dəfn olundu (FOTOLAR)
Ölkə11:28 01.02.2013

Əkrəmin romanı Bakıda dəfn olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə etiraz olaraq növbəti etiraz aksiyası keçirilib.

APA-nın aksiyanı izləyən əməkdaşının verdiyi məlumata görə, bir qrup gənc metronun “Xətai” stansiyasının yaxınlığındakı "Xocalı" abidəsinin önündə toplaşıb.

Aksiyaçılar üzərinə “Daş yuxular” yazılmış simvolik kitabı üstünə xaç işarələri çəkilmiş tabuta qoyaraq, rəmzi dəfn mərasimi keçiriblər.

Dəfn mərasimi klarnetdə ifa olunan musiqinin sədaları altında keçirilib.