Xəbər lenti

Eksper: "Milli Məclis dövlətdən deyil, özünü maliyyələşdirsin"
Ölkə17:00 25.10.2018

Eksper: "Milli Məclis dövlətdən deyil, özünü maliyyələşdirsin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mətbuatda məlumat yayılıb ki, gələn ilin büdcəsində Milli Məclisin xərcləri 3 milyon manat artırılıb. Mən təklif edərdim ki, Milli Məclis publik hüquqi şəxs elan olunsun və özünü maliyyələşdirməyə keçirilsin". 
Qaynarinfo xəbər verir ki bu sözləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu deyib.
Ekspert bildirib ki, onsuz da MM-ə üzv olanların çoxu peşəkar fəaliyyətdən çox sahibkarlıq fəaliyyəti ilə məşğuldur:
"Qazandıqlarında gözüm yoxdur. Odur ki, biznes dövriyyəsindən Bakıda yaşayanlar 4 faiz, rayonda yaşayanlar isə 2 faiz vergi ödəsələr, Milli Məclisi dövlət maliyyəsindən azad etmək və müstəqilləşdirmək olar"
Q.R