Xəbər lenti

Ekspert işsizliklə bağlı mövcud hüquqi problemləri açıqladı
Ekonomiks14:11 22.12.2020

Ekspert işsizliklə bağlı mövcud hüquqi problemləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda işsizliklə bağlı mövcud problemlərlərin bir neçəsini iqtisadçı ekspert Rövşən Ağayev açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ekspert ölkədəki iqtisadi fəal əhalinin 70 faizinin böhranlı durumlarda sosial risk qrupuna daxil olduğunu bildirib. Onun sözlərinə görə, mövcud problem qanunvericilikdən qaynaqlanır:
"Bizim məşğulluq və sığorta qanunvericiliyimiz yalnız əmək müqavilələrilə işləyənləri işsizlikdən sığortalayır. Nəzərə alın ki, bizdə iqtisadi fəal əhalinin hər 3 nəfərindən yalnız 1-i əmək müqaviləsilə çalışır. Bu nə deməkdir? O deməkdir ki, iqtisadi fəal əhalinin 70%-ə qədəri istənilən böhran stiuasiyasında sosial risk altındadır.  
Bunun nəticəsidir ki, Beynəlxalq Əmək Təşkilatının hazırladığı qlobal sosial müdafiə hesabatına görə, Azərbaycan dünyada işsizlikdən sığorta ilə ən məhdud səviyyədə əhatə olunan ölkələr sırasındadır. Hesabata görə, bizdə potensial işsizlərin ən yaxşı halda 2-3%-i işsizlik müavinəti ala bilir. Amma, məsələn, inkişaf etmiş ölkələrdə həmin göstərici 60%-dən aşağı deyil.
Bizdə problem yalnız işsizliyin etibarlı ölçüm sisteminin olmamasından qaynaqlanmır. Əsas problem hüquqidir. 
Yuxarıda qeyd elədiyim kimi, qanunvericlik yalnız əmək müqavailəsi əsasında çalışan əmək qabiliyyətli insanları sığortalayır. Belə ki, Vergi Məcəlləsinin 220.5 və 220.10-cu maddələrilə sadələşdirilmiş vergi ödəyiciləri olan bir sıra fəalliyyətlər həm gəlir əldəetmə, həm sosial risk səviyyəsinə, həm də fəaliyyətin xarakterinə görə muzdlu fəaliyyətə yaxındırlar və onların işsizlik sığortasından kənarda saxlanaması xeyli sayda əmək qabiliyyətli insanı iqtisadi böhranlar zamanı sosial cəhətdən müdafiəsiz saxlayır. Onların bir çoxunun sərbəst peşə sahibləri statusu alıb, işsizlik sığortasına cəlbi vacibdir. Bura kimlər daxildir? Çəkməçi, pinəçi, fərdi foto və audio-video xidmətləri göstərənlər, saatsaz, televizor, soyuducu və digər məişət cihazlarının təmir edənlər, ev qulluqçuları, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə və fərdi sürücülər, bağban, aşbaz, gözətçi və ofisiantlar, dərzilər və s.  Yaxud məşğulluq qanunvericliyi torpaq payı olanları işsiz saymır və işsizlik sığortasının əhatənəsi daxil etmir. Halbuki, 4 nəfərlik ailə üçün 1 hektar torpaq heç yaşayış minimumu səviyyəsində gəlir əldə etməyə imkan vemir. Torpağın sahəsinə fərq qoymadan bütün torpaq payı alan kənd əhalisini ucdantutma məşğul saymaq bir ayrı ciddi iqtisadi problemdir.
Amma hətta bu məqamə kənara qoysaq, birdən hansı səbəbdən həmin torpaq ailənin əlindən çıxdı, o zaman işsizlik sığortası olmayan bu insanlar nəyə görə avtomatik işsizlikdən sığortalanmasınlar…”.
Orxan Əhmədli