Xəbər lenti

Ekspert: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır”
Ekonomiks11:59 20.12.2020

Ekspert: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aərbaycan neftinin qiyməti bahalaşır. "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar artaraq 51,52 dollar təşkil edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, neft qimyətlərindəki artımın bir neçə səbəbi var:
"Birinci, bu ABŞ enerji informasiya administrasiyasının açıqladığı həftəlik məlumatlarla bağlıdır. ABŞ-da kommersiya neft ehtiyatları 3,1 mln barrel azalıb. Bundan əlavə, ABŞ-da neft hasilatı 10,5 mln barrelə qədər aşağı düşüb. Bu, bazar iştirakçıları tərəfindən pozitiv qarşılanıb və nəticə olaraq dinamik artım görürük. Həmçinin COVID-19 vaksinləri ilə bağlı informasiyaların yayılması da bu prosesdə öz təsirini göstərir”.