
İspaniya La Liqasının əzəli rəqibləri "Barselona" və "Real"ın cari mövsümdəki ilk dueli XIV tura təsadüf edəcək.
Qaynarinfo.Az xəbər verir ki, nəhənglərin qarşılaşmasının başlama saatı da artıq bəllidir.
Belə ki, tərəflər arasında "Nou Kamp"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də start götürəcək. Oyun dekabrın 3-də keçiriləcək.
Xatırladaq ki, X turdan sonra 24 xalla "Real" ilk, ondan 2 xal geri qalan "Barselona" isə II pillədə qərarlaşıb.
Qaynarinfo.Az