
Suriyada baş verən müharibə öz dəhşətləri ilə davam edir. Bu müharibədə mülki insanlar təkcə güllələrin, bombaların deyil, İslam adı altında edilən vəhşiliklərin də qurbanı olurlar.
Qaynar.info xəbər verir ki, Türkiyədə qaçqınlıq həyatı yaşayan suriyalı qadın BBC türkce-yə orada baş verən vəhşiliklərdən danışıb.
Qadının sözlərinə görə, Əl Qaidə üzvləri Suriyanın Til Ədyad şəhərində saatlıq nikah bağlayırlar: "Bir qadını götürdülər. Səhərə qədər 8 kişi o qadınla əlaqədə oldu. Hər saat nikah bağlayırlar. Bunu da İslam adından edirlər. Bu saatlıq nikahlarda bir-birilərini təbrik edirlər. Din adamları da "müharibədə halaldır" deyə fətva verirlər. Həmin qadın da daha sonra intihar etdi".
Qadın Azad Suriya Ordusu nəzarət altındakı ərazilərdə yaşayan qadınların tamamilə bağlanması üçün xəbərdarlıqlar etdiyini bildirib.
Qaynar.info