Xəbər lenti

“Əl-Qaidə”nin liderlərindən biri öldürüldü
Dünya19:05 28.04.2017

“Əl-Qaidə”nin liderlərindən biri öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ hərbçiləri Yəməndə "Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

"Qaynar"ın APA-ya istinadən məlumatına görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

"Aprelin 23-də hava zərbəsi nəticəsində "Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib”, deyə C.Devis qeyd edib.

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarxar əyalətində xüsusi əməliyyat nəticəsində 35 İŞİD terror qruplaşmasının silahlısı məhv edilib. 

Qaynar.Az