Şəhər əhalisinin fikrincə, buna səbəb insanların, xüsusilə siyasi fəalların çayxanalarda toplanıb, siyasi müzakirələr aparmasıdır
Bu gün səhər saatlarında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin bütün çayxanalarını açmağa icazə verməyiblər. Bizimyol.info xəbər verir ki, şəhərdə reyd keçirilib və reydin nəticəsində çayxana sahibləri işə başlaya bilməyiblər. Hadisə ilə bağlı Sumqayıtdan verilən məlumata görə, şəhər rəhbərliyinin bu göstərişi insanların, xüsusi ilə siyasi fəalların çayxanalarda toplanıb, siyasi müzakirələr aparmasıdır. 18 avqust mitinqinə bir gün qalması isə şəhər rəhbərliyinin qəti qərar qəbul etməsi ilə nəticələnib. Hətta Sumqayıt oliqarxlarının nəzarətində olan cayxanalar belə qapadılıb. Qaynar.info