Xəbər lenti

Eldar Mahmudovun daha bir generalı işdən çıxarıldı
Ölkə14:40 24.03.2016

Eldar Mahmudovun daha bir generalı işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub.
Bu barədə azpolitika.info-ya məlumat verən mənbə, DTX rəisi Mədət Quliyevin təxminən 10 gün əvvəl belə əmr imzaladığını bildirib.
M.Yaqubovun keçmiş MTN naziri Eldar Mahmudovun sinif yoldaşı və “kassalarından” biri olduğu haqda məlumatlar var. O, Eldar Mahmudovun nazirliyi dövründə kapitan rütbəsində bu vəzifəyə təyin olunmuş və 5 il sonra - 2013-cü ildə general-mayor rütbəsi almışdı. Baxmayaraq ki, ixtisasca stomatoloq olan M.Yaqubov, 50 yaşına kimi mülki sahədə çalışmışdı.
Qaynar.info