Xəbər lenti

Eldəniz Əzizli Avropa çempionu oldu və avtoqraf payladı  (VİDEO)
İdman17:02 01.05.2018

Eldəniz Əzizli Avropa çempionu oldu və avtoqraf payladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ilk qızıl medalımızı Eldəniz Əzizli qazanıb.
Oxu.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Estoniya idmançısı Helari Maeqisalu ilə qarşılaşıb və rəqibinə 8:0 hesabı ilə qalib gəlib.
Bu, Avropa çempionatında millimizin ilk qızıl medalıdır. Həmçinin Eldəniz Əzizli karyerasında böyüklər arasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, sabah Avropa çempionatında daha iki idmançımız – Rəsul Çunayevlə Murad Məmmədov final görüşünə çıxacaq.