Xəbər lenti

Eldəniz Quliyevi Biləsuvara qədər "qovdular"
Siyasət07:55 06.04.2013

Eldəniz Quliyevi Biləsuvara qədər "qovdular"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Maşındakı yumurta ləkələrini “moyka”da belə təmizləyə bilmədilər” 

“El” hərəkatının üzvü Eldəniz Quliyev dünən Lənkəran rayonunda bir qrup şəxsin hücumuna məruz qalıb və bunun nəticəsi olaraq geri – Bakıya qayıtmağa məcbur olub.

E.Quliyev AzNews.az-a verdiyi açıqlamada deyib ki, hücum edən dəstənin üzvləri Biləsuvara qədər onu “müşayiət” ediblər. Yolboyu isə onlar E.Quliyevin olduğu avtomobili daş və yumurtalarla “atəşə tutublar”: “Ömrümdə belə bir hadisə ilə rastlaşmamışdım, dəhşət idi. Lənkəran icra nümayəndələri və qadınlardan ibarət olan dəstə bizi Biləsuvara qədər aqresiv formada müşayiyət etdi. Onlar bizi daş və yumurta atəşinə tutdular. Daşların zərbələri maşını bir neçə yerdən zədələyib, yumurta ləkələrini isə “moyka”da belə təmizləyə bilmədilər”.

E.Quliyev onu da bildirib ki, baş verənlərlə bağlı aprelin 10-da Ziyalılar Forumu toplantı keçiriləcək.

Qaynar.info