
Moda dünyasının yeni ulduzlarından olan model Stella Maksvellin "Victorias Secret Fashion Show 2017"də baş model olaraq çalışacağı iddia olunur.
"Qaynarinfo.Az" xəbər verir ki, 25 yaşındakı belçikalı model keçən il firmanın mələk heyətinə model kimi qatılmışdı. Şouda iştirak edən model qısa zamanda moda nəhənglərinin arxasınca qaçdığı ad halına gəlmişdi.
O, bu dəfə göy tonlarındakı məxmər paltarı və ayaqqabısı ilə Nyu York küçələrində bütün diqqətləri üzərinə çəkib.
Qaynarinfo.Az











