
Türkiyənin Qara dəniz Texniki Universitetinin Tibb fakültəsinin professoru Tevfik Özlü elektron siqaretin siqareti atmaqda təsirli olduğuna dair heç bir faktın olmadığını deyib.
Qaynar.info-nun məlumatına görə, siqareti atmağın farmakaloji və davranışla bağlı olmaq üzrə iki mərhələsinin olduğunu deyən professor elektron siqaretin alışqanlığı gücləndirməkdən başqa bir şeyə yaramadığını bildirib.
Türkiyədə 16-17 milyon siqaret çəkən insanın olduğunu deyən Özlü bunların 80 faizinin siqaret çəkməkdən məmnun olmadığını söyləyib. Professr bildirib ki, həmin insanların siqareti atmaq istədiyini görən fırıldaqçılar həmin məhsulları onlara satmağa çalışırlar. Həmin məhsulların isə nə qədər təsirli olduğu, nəyəsə yarayıb yaramadığı hələ təsdiq olunmayıb: "Çünki elektron siqaretlə barmağınızla siqaret çəkmə alışqanlığınız hələ davam edir. Bizim siqareti atmaqda əsl məqsədimiz həm xəstənin davranış, həm də farmakoloji asılılığını yox etməkdir. Elektron siqaret isə bunu davam etdirir. Hətta çox gücləndirir. Bu da yenidən siqaretə qayıtmağı artırır".
Qaynar.info