Xəbər lenti

“Elektron Təhsil” Respublika müsabiqəsinə start verildi
Ölkə07:55 09.04.2013

“Elektron Təhsil” Respublika müsabiqəsinə start verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

09 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Təhsil nazirliyi “Elektron Təhsil” Respublika müsabiqəsinə start verdi. 

Təhsil nazirliyinin Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsindən Qaynar.info-ya verilən məlumata görə, Azərbaycanda ənənəvi olaraq keçirilən müsabiqə Dr. Web, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Mədəd Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir. 

Müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az saytıdır. 

Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları” istiqamətləri üzrə təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet  texnologiyalarından  tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli” nominasiyası üzrə müəyyən olunacaqlar.

“Təhsildə  İnternet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqlar. 

Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilib. 

Qaynar.info