Xəbər lenti

Əli Babacan partiyasını elan etdi, sədr seçildi
Siyasət19:49 11.03.2020

Əli Babacan partiyasını elan etdi, sədr seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə baş nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasının (Demokrasi və Atılım Partisi – DEVA Partisi) sədri seçilib.
"Report” xəbər verir ki, məlumatı "Haberler” yayıb.
Bildirilib ki, martın 11-də Təsisçilər Heyətinin ilk toplantısında Əli Babacan partiyanın sədri seçilib. Təsisçilər Heyətinin 90 üzvü var. Onların arasında indiki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş üzvləri, sabiq nazirlər - Sədulla Ergin, Selma Aliye Kavaf və Nihat Ergün, AKP-nin keçmiş deputatları, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeliyə qarşı namizədliyini irəli sürmüş Pamiz Ongun də var.
DEVA Partiyası Türkiyə Böyük Millət Məclisində təmsil olunan 11-ci partiya oldu.
Qeyd edək ki, Əli Babacan DEVA-nı üç aydır elan etməyi təxirə salmışdı.
Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada doğulub. Türkiyə parlamentinin 22, 23, 24 və 26-cı çağırışlarında Ədalət və İnkişaf Partiyasından deputat olub. AKP-nin iqtisadiyyat naziri, 2007-2009-cu illərdə xarici işlər naziri, 2009-2015-ci illərdə baş nazirin müavini vəzifələrində çalışıb.
Türkiyə prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan DEVA-nın yaranmasına belə münasibət bildirib: "Davası millət olmayanlar axırda hər zaman məyus olmağa məhkumdur. Bunların heç biri bizi zərrə qədər maraqlandırmır”