Xəbər lenti

Əli Əsədov Jurnalistika ixtisasıyla bağlı qərar verdi
Ölkə13:23 25.08.2022

Əli Əsədov Jurnalistika ixtisasıyla bağlı qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda "Jurnalistika” ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində "Jurnalistika” ixtisaslaşmasının açılmasına ehtiyac duyulur. Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına "Jurnalistika” ixtisaslaşması əlavə edilib.