
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ATƏT Parlament Assambleyasının iclası keçirilən oteldən qovulub.
Anspress-in məlumatına görə, sədr bu barədə öz Facebook səhifəsində yazıb. Ə.Kərimli Parlament Assambleyasının bir neçə üzvü ilə görüşmək üçün getdiyi oteldə təhlükəsizlik qüvvələrinin maneəsi ilə qarşılaşıb.
Belə ki, təhlükəsizlik xidməti AXCP sədrinin 3 nəfər avropalı deputat və ATƏT katibliyinin nümayəndəsi ilə otelin foyesində görüşünə imkan verməyiblər. Avropalı deputatlar isə bu hadisədən sonra oteli tərk edərək Ə. Kərimli ilə şəhərdə kafelərin birində görüşü davam etdiriblər.
Görüş başa çatdıqdan sonra tərəflər xatirə fotosu çəkdiriblər.
Qaynar.info

