Xəbər lenti

Əli Kərimli paylaşım etdi, sildi: "Aclığı başlayın, indidən istilik peçi qurun" (FOTOFAKT)
Siyasət13:14 09.01.2023

Əli Kərimli paylaşım etdi, sildi: "Aclığı başlayın, indidən istilik peçi qurun" (FOTOFAKT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin "Facebook” səhifəsində Tofiq Yaqublu və xanımı Maya Quliyevanın aclıq aksiyası ilə bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, sonradan silinən paylaşımın "skrinşot”u sosial şəbəkələrdə yayılıb. Əli Kərimli paylaşımda Tofiq Yaqubluya dəstək olaraq aclığa başlayan Maya Quliyevaya baş çəkməməsinin səbəbini izah edərkən aksiyanın daha da genişləndirilməli olduğunu bildirib: 
"Mənim gedib deməyə sözüm olmalıdır. Aclığı başlamağı sürətləndirin. İndidən istilik peçi qurun. Hesabı özümüz ödəyəcəyik. Qorxmasınlar. Təcili hamı pastelini hazırlasın. 5-6-da aclıq başlansın artıq. Mən bu gün Toplum TV-də olacam. Oradan çıxıb gedəcəm Tofiq bəygilə. Təqribən 18.30-19.00 arası Tofiq bəygildə olacam. Saqif bəygil də o saatlarda getsinlər Tofiq bəygilə. Mən orada tək olmayım. Səadət xanımı və başqa getmək istəyənləri də götürsünlər. Yəni, mən gələnə orada 5-6 nəfər RH üzvü olsun. Təzəxan bəy də orda olsun. Çalışarıq ki, Maya xanıma bu gün aclığı dayandıraq”. 
Paylaşım qısa müddətdən sonra silinib. Ehtimal olunur ki, Əli Kərimlinin yazdıqları daxili qrup üçün nəzərdə tutulub. Lakin AXCP sədri onu səhvən publik şəkildə paylaşıb və bu, diqqətdən yayınmayıb.
Əli Kərimlinin yazdıqları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Onun direktivləri heç də xoş qarşılanmayıb. Sosial şəbəkə üzvləri bu paylaşımı AXCP sədrinin partiyada avtoritar üsul yaratdığı barədə iddiaların təsdiqi kimi qəbul edib. Yəni, göründüyü kimi Əli Kərimli partiya üzvlərinin rəyini öyrənmədən, səhhətini düşünmədən onları sağlamlıq üçün təhlükəli olan aksiyaya təhrik edir. Eyni zamanda stəkanda fırtına yaratmaq ənənəsini davam etdirir.
Aydın