Xəbər lenti

Əli Məsimli büdcənin icrası ilə bağlı fərqdən danışdı:
Ekonomiks 12:47 03.06.2025

Əli Məsimli büdcənin icrası ilə bağlı fərqdən danışdı: "Müzakirə açılması vacibdir"

"Büdcənin icrası ilə onun proqnozları arasında xeyli fərq əmələ gəlib. Məsələn, büdcə kəsiri proqnozla müqayisədə 6,1 dəfə az icra olunub. Bunun müsbət və mənfi cəhətləri var. Hesab edirəm ki, büdcənin icrası ilə proqnozlar arasındakı fərqlərə dair müzakirənin açılması vacibdir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Əli Məsimli qeyd edib ki Azərbaycanın nəinki hazırkı əhalini, ondan iki dəfə çox əhalini yedizdirmək, geyindirmək üçün potensialı var: 

"Azərbaycan özünün istehsal etdiyi məhsullarla tələbatının xeyli hisəsini təmin etməklə yanaşı, bir neçə milyard dollarlıq xaricə kənd təsərrüfatı və onun emalına aid mallar sata bilər".

Qafqaz Rafiqoğlu


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->