Xəbər lenti

Əliyar Ağayev Mario Balotelli ilə görüşəcək
İdman10:00 21.11.2016

Əliyar Ağayev Mario Balotelli ilə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb. 

Qaynarinfo.Az xəbər verir ki, FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin V turunun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu idarə edəcək. 

Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.  Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.

Qeyd edək ki, Əliyar Ağayevin idarə edəcəyi oyun 24 noyabrda "Feltins-Arena"da keçiriləcək. "Nitsa"nın heyətində italiyalı ekstravaqant və eləcə də intizamsız oyunçu Mario Balotellinin çıxış etdiyini nəzərə alsaq, Ağayevin işlərinin çox olduğunu demək olar.

Qaynarinfo.Az