Xəbər lenti

Əlizadə Jirinovskini teledebata çağırdı
Siyasət13:54 14.04.2014

Əlizadə Jirinovskini teledebata çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ASDP sədri Araz Əlizadə Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal-Demokrat Partiyasını sədri Vladimir Jirinovskini teledabata çağırıb.

 ASDP sədri bu barədə açıqlamasında deyib.

 “Əgər bizim oliqarxlar Rusiya telekanallarının birində efirin pulunu ödəməyi öhdələrinə götürsələr, mən Jirinovskə ilə böyük məmnuniyyətlə debata çıxamağa hazıram”, - deyə A.Əlizadə bildirib. Onun sözlərinə görə, bu debatdan sonra Jirinovski özünü siyasi baxışlarında hökmən düzəlişlər edərdi.

 “Bu siyasətçi çoxdandır ki, Rusiya hakimiyyətinin ruporuna çevrilib. Onun dili ilə ictimai rəyi yoxlayırlar. Əgər mesaj uğurlu olsa, hərəkət edirlər. Əgər tezis uğursuz olsa, o zaman bunu Jirinovskinin təlxəkliyi ilə bağlayırlar”,-deyə ASDP sədri bildirib (Baku post.az").