Xəbər lenti

Elman Rüstəmovun qızı dünya məşhurları ilə - FOTOLAR
Maqazin11:43 25.02.2015

Elman Rüstəmovun qızı dünya məşhurları ilə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı dizayner, “Gyunel” modalar evinin sahibi Günel Rüstəmova məşhur model Nataliya Vodyanovaya məxsus xeyriyyə fondunun təşkil etdiyi gecədə iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, “Çılpaq ürəklər” fondunun London moda həftəsində təşkil etdiyi "First Fabulous Fund Fair" adlanan yarmarkada Kara Delevin, Lindsi Lohan, Teylor Svift kimi tanınmışlar da iştirak edib.

Çoxlu atraksionlar və dükanın olduğu yarmarkada gecənin ev yiyəsi olan Natalya öz öpüşünü "satışa çıxarıb”. Yarmarkaya giriş üçün qonaqlar 1000 funt-sterlinq ödəyiblər. 

Onu da əlavə edək ki, Günel Rüstəmova Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun qızıdır. 

Qaynar.info