Azərbaycan Beynəlxalq Bankının (ABBİ) İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına daxil edilib.
Qaynarinfo.Az Trend-ə istinadən məlumat verir ki, o, Şurada ABB-nin İdarə heyətinin keçmiş sədri Elmar Məmmədovu əvəz edib.
Hazırda ADIF-in Himayəçilik Şurasına 7 nəfər daxildir.
Qaynarinfo.Az