
Milli Məclisin keçirilən AŞPA- nın Daimi Komitəsinin iclasında üzvlərinin suallarına XİN Elmar Məmmədyarov cavab verib.
“Qafqazinfo” xəbər verir ki, AŞPA-nın iki deputatı Azərbaycanda insan haqları və siyasi məhbus məsələsinə toxunub. Onlardan biri qeyd edib ki, Amnesty İnternational siyahısında daxil edilmiş 18 siyasi məhbusun və o cümlədən İlqar Məmmədovun nə vaxt azad edilməsi nəzərdə tutulub.
XİN naziri suala cavab olaraq bildirib ki, dünən Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı ilə tanış olub: ”Mən nə baş verəcəyini deyə bilmərəm. Çünki bununla bağlı danışsam, hüquqi prosedurları pozmuş olaram. Ona görə imkan verək ki, hüquqşünaslar işləsinlər. Siz yük qoymaq istəyirsiniz ki, mənim çiynimə hüquqi prosedurlara müdaxilə edim. Amma xeyr, mən bunu etməyəcəm. Xarici işlər naziri kimi bunu edə bilmərəm. Avropa İnsan Haqlarının Məhkəməsinin qərarı var. Bəli, çox yaxşıdır. Biz XİN olaraq bütövlükdə prosesi müşahidə edəcəyik”
Digər avropalı deputat isə qeyd edib ki, Azərbaycanın Avropa Şurası qarşısında insan hüquqlarının yaxşılaşması üçün könüllü öhədliklər götürüb. O qeyd edib ki, Nazirlər Komitəsinə 6 ay müddətlik sədrlik bunun üçün yaxşı haldır
Məmmədyarov isə cavabında öhdəlikləri yerinə yetirəcəklərini deyib: “Biz bu prosesə başlamışıq. Heç kim deyə bilməz ki, hansı ölkədəki demokratiya yaxşıdır, hansında pisdir”
Qaynar.info