
Gəncəyə rəhbər təyin olunandan sonra böyük söküntülərə başlayan Elmar Vəliyev qardaşı Şahmar Vəliyevin sahibi olduğu “Dəvəli” MMC-ni bu prosesə cəlb edib.
“Bizim Yol”a daxil olan məlumata görə, Azərbaycanda metlax, mərmər, daş üzlüklərin hazırlanması, satışı ilə məşğul olan “Dəvəli” MMC Gəncədə bir sıra işlər görüb. Bu işlər Elmar Vəliyevin “nisiyə dəftəri”nə yazılsa da aylar keçməsinə baxmayaraq, Şahmar Vəliyevə olan borclar ödənməyib.
Bu isə iki qardaş arasında narazılığa səbəb olub. Məlumata görə, Elmar Vəliyevin qardaşına olan borcu 2 milyondan yuxarıdır.
Qaynar.info