Xəbər lenti

Elnarə Abdullayeva Rusiyada - Silsilə konsertlər
Sənət05:30 16.12.2021

Elnarə Abdullayeva Rusiyada - Silsilə konsertlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva Rusiyada silsilə konsert proqramları ilə çıxış edəcək.
Bu barədə Qaynarinfo-ya açıqlamasında konsertin təşkilatçısı Nizami Mirzəyev məlumat verib. O bildirib ki, xanəndənin Novosibriskdə keçiriləcək konsertlərinin biletləri 50 manata satılır:
"Konsert layihəsi Novosibriskdən başlayacaq. Elnarə xanımı sevənlər var, onlar bizdən Yeni il qabağı Elnarə xanımın konsertinin təşkil olunmasını istədilər. Biz də tamaşaçıların və soydaşlarımızın istəyini nəzərə alıb onun konsertini təşkil etdik. Konsert 500 nəfərlik zalda olacaq. Biletlərin qiyməti 50 manatdır. Amma bununla belə imkansızları da nəzərə almışıq.
Yəni kimsə Elnarə xanımı dinləmək istəyirsə onu geri qaytarmayacağıq, deməyəcəyik ki, qayıt get, sən Elnarəni dinləyə bilməzsən. Gəlibsə, el qızını dinləsin”.
Nizami Mirzəyev bildirib ki, belə konsertlərin təşkil olunmasının səbəbləri var:
"İllərdir ki, Rusiyada yaşayırlar, Azərbaycan musiqilərini, muğamlarını, xalq mahnılarını da tanısınlar. Azərbaycana olan sevgiləri artsın, burada elə cavanlar var ki, Azərbaycan mahnılarını tanımır, adət-ənənələrdən uzaqdırlar. Bizim məqsədimiz xalqı burada belə konsertlərdə bir yerə yığmaqdır”.
Bahar Rüstəmli