Xəbər lenti

Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi açıldı
Ölkə06:40 27.09.2013

Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Bu barədə məlumatı AzNews.az-a istintaq qrupunun rəhbəri Ələkbər Rzayev verib. Ə.Rzayevin sözlərinə görə, prokurorun göstərişi ilə açılan cinayət işinin istintaq qrupunda prokuror köməkçisi İsmayıl Rövşənov da təmsil olunur:

“Elnarə İmamquliyevanın ölüm səbəbini müəyyənləşdirmək üçün ekspertiza rəyini də gözləyirik. Amma bununla paralel olaraq istintaq hərəkətləri aparılır. Rəhbərlik bu məsələni xüsusi nəzarətdə saxlayır. İşin tam obyektiv araşdırılacağına heç bir şübhəniz olmasın”.

Qaynar.info