Xəbər lenti

Elşad Abdullayevin qardaşı barəsində qərar
Ölkə13:41 23.08.2013

Elşad Abdullayevin qardaşı barəsində qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesində sabiq rektorun qardaşı Elsevər Abdullayevin barəsində xüsusi qərardad çıxarılıb.

APA-nın məlumatına görə, məhkəmə onun əməlində cinayət tərkibi olduğunu nəzərə alaraq barəsində xüsusi qərardad çıxarıldığını elan edib. Elsevər Abdullayev barəsində  cinayət təqibi başlatmaq üçün xüsusi qərardadın istintaqa göndərilməsi qərara alınıb.

 Qeyd edək ki, Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.

Qaynar.info