Xəbər lenti

Elşad Abdullayevin videosundakı hakim qovuldu
Ölkə14:23 14.01.2013

Elşad Abdullayevin videosundakı hakim qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağababa Babayevin hakimlik səlahiyyətlərinə xitam verildi

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı başlanılmışdı.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, Şuranın 14 yanvar tarixli qərarı ilə Ağababa Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yaydığı videoda Nərimanov rayon məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Ağababa Babayevlə görüşünü əks etdirirdi.

Trend