Xəbər lenti

Elşən Mustafaoğlu onu şərləyənlərdən danışdı
Ölkə11:37 18.02.2014

Elşən Mustafaoğlu onu şərləyənlərdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İki ildir ki, ölkədə deyiləm və Avropada elmi layihə üzərində çalışıram”.

Bu günlərdə elektron KİV tanınmış ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu ilə bağlı xoşagəlməz xəbər paylaşıb. Xəbərdə deyilir ki, guya adıçəkilən alim nə vaxtsa siğə etdirdiyi üçün onu işlədiyi ANS kanalından qovublar. Elşən Mustafaoğlu İnterpress.az-a verdiyi açıqlamada deyilənlərin iftira olduğunu bildirdi: “Əvvəla bildirim ki, bu “xəbərdə” barəmdə yazılanların hamısı yalan, böhtan və iftiradır. Üstəlik, hər cümləsi yalan üzərində qurulub. Digər tərəfdən, jurnalistika etikasına uyğun olmayan bir haldır ki, Facebook-da saxta bir profilin real bir şəxs haqqında yazdıqları xəbər kimi sayta çıxarılsın, amma elə Facebook-da bəlli ünvanı olan həmin şəxsin, yəni mənim özümün məsələyə münasibəti öyrənilməsin.

Bu "xəbərdə" deyilir ki, guya “ANS televiziyasının maliyyələşdirdiyi “Karvan” jurnalının nəşr işinə baxan Qum məzunu Elşən Mustafayev siğəyə görə həyat yoldaşından boşanır. O, siğə etdiyində qorunmadığına görə siğədən övladı dünyaya gələn ilk ilahiyyatçımızdır."

Elşən Mustafaoğlu deyir ki, bu iddiaların hamısı büsbütün yalandır, böhtandır. “Mən “Karvan” jurnalının nəşr işinə baxmıram, həyatım boyu da bu işlə məşğul olmamışam. Jurnal yeni yaranan zamanlar bir müddət jurnalın dini eksperti olmuşam - 2008-ci ilədək. Mən Qum məzunu da deyiləm, həyat yoldaşımdan da boşanmıram. Bu da yalandır. Siğə iddiası da, guya siğədən övladın dünyaya gəlməsi də yalan və iftiradır. Baxın, cümlədə həqiqətə uyğun olan barı bircə məqam da yoxdur!

Bu yalanların davamında deyilir: "Skandal ANS TV-də çox ciddi müzakirələrə səbəb olub və ANS rəhbərliyi Vahid Mustafayev Elşən Mustafayevi “Karvan” jurnalından uzaqlaşdırmaq qərarına gəlib”. Təbii ki, bütün bunlar da cəfəngiyyatdır.

Mən ümumiyyətlə iki ildir ki, ölkədə deyiləm və Avropada elmi layihə üzərində çalışıram. ANS-in rəhbəri hörmətli Vahid Mustafayevlə dostluq və qardaşlıq münasibətimiz var, onu özümə böyük qardaş sayıram və deyilənlərin tam əksinə olaraq, Vahid müəllimdən bu yaxınlarda yeni təklif almışam. Yəni deməyim budur ki, bu “xəbər” yalan, böhtan və iftira toplusudur. Hər hansı bir KİV-in belə əsassız, saxta profilə istinadən insanın şərəf və ləyaqətini alçaldan belə iftiraları yaymasını ləyaqətsizlik hesab edirəm”//İnterpress.az