Xəbər lenti

Elsevər Mürsəllinin işində yenilik
Ölkə14:21 22.04.2014

Elsevər Mürsəllinin işində yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsinin Xaçmaz sakini, gənc “Facebook” fəalı Elsevər Mürsəlli haqda çıxardığı hökmdən apellyasiya şikayəti veriləcək.

“Media forum” saytına açıqlama verən vəkil Xalid Bağırov şikayətin hazır olduğunu bildirib: “Məhkəmə Elsəvər Mürsəllini yolverilməz sübutlar əsasında ittiham edib. Biz də şikayətdə hökm çıxarılmasına əsas verən bir çox sübutların qanunsuz olduğunu qeyd etmişik. Şikayət aprelin 23-də Bakı Apellyasiya Məhkəməsinə gönədəriləcək”.

Elsevər Mürsəllini ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi həbs edib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Elsevər Mürsəlli Bakı İstintaq Təcridxanasında saxlanır.

Gənc fəalın atası Nəsrəddin Mürsəlli oğlunun sosial şəbəkələrdə ötən il prezident seçkisi zamanı müxalif namizəd Cəmil Həsənlini dəstəklədiyinə görə həbs edildiyini bildirir.

Qaynar.info