Xəbər lenti

Əməkdar artist: “Bizdə arvadların adını efirdə demirlər”
Sənət12:03 09.12.2021

Əməkdar artist: “Bizdə arvadların adını efirdə demirlər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən köhnə kişilərdənəm. Bizim dövrün kişiləri həmişə öz yolunu saxlayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev seyib.
O bildirib ki, sənətindən asılı olmayaraq, istəlinən bir adam yaşlandıqca yolunu saxlamalıdır, özünə hörmət etdirməlidir:
"Gündə bir verilişə dəvət alıram. O günü də bir verilişə getmişəm. Orda sual veriblər ki, bacının adını de. Dedim ki, bizdə arvadların adını efirdə demirlər. Ümumiyyətlə, bizdə qadınların adları heç bir yerdə çəkilməz. Bacımın adı kimə lazımdır? Sabah onun əri deməz ki, ay qayın, mənim arvadımın adını niyə efirdə demisən? Deyər axı”.
Yusif Mustafayev müğənninin əsas yeniliyinin onun yaradıcılığı, repertuarı olduğunu vurğulayıb.
Bahar