Əməkdar artist, mərhum Məcnun Hacıbəyovun qəbrinin üstü noyabr ayında götürüləcək.
Bunu Qaynarinfo-ya açıqlamasında mərhumun oğlu Ceyhun Məcnunoğlu deyib. Onun sözlərinə görə, hazırda atasının heykəlinin düzəldilməsi üzərində iş gedir:
"Bu bizim ailəyə məxsus işdir. Niyə başqa adamlar bizim ailənin işinə baş qoşur? Bunun kimə nə aidiyyatı var? Heykəlini hazırlatdırırıq, bir az fərqli etmək istəyirik. Atamın noyabrda il marsimi olacaq”.
Ceyhun Məcnunoğlu atasının ölümünə çox üzüldüyünü deyib:
"Biz çox üzülürük, həyatdır, atam sağlam kişi idi, heç ölməli deyildi”.
Qeyd edək ki, Əməkdar artist Məcnun Hacıbəyov noyabr ayında koronavirus xəstəliyindən dünyasını dəyişib. Onun qəbrinin üstünün hazır olmaması ilə bağlı mətbuatda və sosial şəbəkədə məlumatlar yayılıb.
Bahar Rüstəmli