Xəbər lenti

Əməkdar rəssam vəfat etdi
Sənət09:37 23.02.2023

Əməkdar rəssam vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın əməkdar rəssamı Ağasaleh Nuriyev vəfat edib.
"Report"un məlumatına görə, 83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əməkdar rəssam adına layiq görülüb.