
Azərbaycan “İnterpol”unun əməkdaşları Kiyevə yollanıblar. Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-i yayıb. Məlumata görə, məqsəd Ukrayna Ali Radasının deputatı Oleq Lyaşkonu tapmaqdır. Amma bu məlumatın rəsmi təsdiqi yoxdur.
Oleq Lyaşkonun 2009-2011-ci illərdə Azərbaycanın Ucar rayonunda azyaşlılara qarşı törədilmiş cinayətlərdə şübhəli bilindiyi barədə xəbərlər var. Bu iş üzrə Ukraynanın başqa bir tanınmış siyasətçisi Sergey Levoçkinin də adının keçdiyi bildirirlir.
Qaynar.info