Xəbər lenti

Emin Ağalarov axtarışa verildi - FOTO
Ölkə07:23 28.05.2015

Emin Ağalarov axtarışa verildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda vergidən yayınan daha iki nəfər beynəlxalq axtarışa verilib. Qaynar.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. 
Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Quliyev və 34 yaşlı Emin Ağalarov külli miqdarda vergi ödəməkdən yayınmaqda təqsirləndirilirlər. Ölkəni tərk etdikləri üçün onların barəsində dövlətlərarası axtarış elan edilib.
Hazırda onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda son vaxtlar vergidən yayınan xeyli şəxs barəsində axtarış elan olunub.
Qaynar.info