Xəbər lenti

Emin Əmrullayevdən yeni təyinat (FOTO)
Ölkə10:16 30.12.2020

Emin Əmrullayevdən yeni təyinat (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Oxu.Az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rəşad Xanlarov Təhsil Nazirliyində Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.  
Qeyd edək ki, Rəşad Xanlarov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.