Xəbər lenti

Əmin olun ki, məhvə doğru gedirik - Təhsil eksperti
Ölkə06:56 14.07.2022

Əmin olun ki, məhvə doğru gedirik - Təhsil eksperti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kişi, qadın fərqi qoymadan bütün müəllimlərin əmək haqqını artırın. Kişiləri məktəbə, təhsilə qaytarın. Fərqində deyilsiniz, amma əmin olun ki, məhvə doğru gedirik”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bu gün keçirilən imtahandan olan görüntüdən danışarkən deyib. Onun sözlərinə görə, təsadüfi kişi cinsinə məxsus imtahan verənlər gözə dəyir:

"Hələ qarşıdakı günlərdə elə fənlər var ki, orada ümumiyyətlə kişi cinsinə aid bir nəfər də olsun imtahan verənə rast gəlməyəcəksiniz. Artıq ixtisasları belə cinsə görə ayırıblar. İbtidai sinif üzrə 10-15 il əvvəl kişi müəllimlər çoxluq təşkil edirdisə də, elə həmin illərdən bu ixtisasa qəbulda istisna 1-2 nəfər kişi oxuyur, ya oxumur. Eynilə Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimliyi və biologiya müəllimliyi üzrə eyni aqibətdir. SOS”.

 
Bahar Rüstəmli