Xəbər lenti

Emin və Mehman Hüseynovlar haradadır?
Ölkə10:01 19.08.2014

Emin və Mehman Hüseynovlar haradadır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənc fəalların ailəsi və dostları onların yerini bilmir; hüquq-mühafizə orqanları da xəbərsizdir

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun  rəhbəri Emin Hüseynovun harada olması ilə bağlı xəbərlər mətbuatın gündəmindən düşmədiyi bir vaxtda, sosial şəbəkələrdə onun qardaşı reportyor Mehman Hüseynovun da yoxa çıxması haqda şayiələr gəzir.

Xatırladaq ki, Mehman Hüseynov sosial şəbəkələrdə aktivliyinə görə tanınmış bir simadır və onun facebook səhifəsinin 96 mindən çox izləyicisi var. Bu qədər aktiv istifadəçinin 10 gündən artıq bir vaxtda heç bir status yazmaması və paylaşım etməməsi, onun “facebook dostlarını” da narahat edib.

Qeyd edək ki, Mehman Hüseynov sonuncu statusunu avqustun 6-da paylaşıb. Statusda gənc fəal son həbslərə münasibətini bildirib:

“Ölkədə maraqlı hadisələr baş verir... Cəbhə xəttində atışmalar, hamının diqqəti bura yönəlib, hamı o barədə yazır. Hakimiyyət də fürsətdən istifadə edib gənc fəalı və hüquq müdafiəçilərini şərləyərək həbs edir. Çoxu bəlkə də qorxusundan bu barədə heç nə yazmır, bu həbslərdən yan keçir. Yenə saytlar yayır, ay müharibə, ay şad xəbər gəldi, bəzi kəndləri qaytardıq, axırda məlum olur ki hamısı yalan imiş. Sonra telekanallara Jirinovski çıxır və müsahibəsində deyir ki, bu müharibəni ancaq Rusiya həll edə bilər. Mesaj verir ki Rusiyanı seçmək lazımdır, yoxsa aranı qatarıq... Bu gün də həbsdə olan bəzi hüquq müdafiəçiləri prezidentə əfv ərizəsi yazıblar.......Bu saydığım bütün məsələlər bir -biri ilə əlaqəlidir. Böyük siyasi bir oyun gedir!......
P.S. bu arada benzinin qiyməti də qalxdı şad xəbər yəqin bu imiş!” //musavat.com

Qaynar.info